Torres Atletikodan getdiyini açıqladı

Sayta qoyulub: 15:08 09.04.2018 (230 dəfə oxunub)

Atletikonun forvardı mövsümün sonunda komandanı tərk edəcəyi qərarını verib. 34 yaşlı futbolçu komandanın daim ürəyində qalacağını bildirib.

 

– Atletikoya gəldikdə 10 yaşım var idi.Burada oynamaq və qol vurmaq mənə nəsib oldu. Atletiko həmişəlik mənim doğma evimdir, komandalarımın sayı çox ola bilər , lakin doğma yalnız bir klub olur.

 

Klubda sonuncu ilimdir. Qərarı qəbul etmək asan olmasa da məcburam. Hələ gücüm var və karyeramı davam etdirəcəyəm.

 

Xatırladaq ki, Torres Liverpul , Çelsi və Milanın da şərəfini qoruyub.Atletikonun heyətində o 393 oyuna 126 qol vurub.

XƏBƏR LENTİ