Hartli və Peres cərimələniblər

Sayta qoyulub: 14:59 09.04.2018 (100 dəfə oxunub)

Stüardlar Bəhreyn yarışının qızdırma dövrəsində prosedurları düzgün yerinə yetirməyən Serxio Peres və Brendon Hartlinin nəticələrinə 30 saniyə əlavə ediblər.

F-1.az xatırladır ki, hər iki sürücü yarışa 6-cı cərgədən start veriblər. Lakin ilk dövrənin 4-cü döngəsində Hartli və Peres təmas yaşayıblar. Nəticədə stüardlar zelandiyalı sürücüyə yarışın gedişində 10 saniyəlik cəza veriblər. Lakin stüardlar yarışdan sonra hər iki sürücünü otaqlarına çağırıbar.

Meksikalı sürücü qızdırma dövrəsində yerindən gec tərpənən Hartlini qabaqlayıb və yerini geri qaytarmayıb. Hadisə araşdırıldıqdan sonra hər iki sürücünün nəticəsinə 30 saniyə əlavə edilib. Zelandiyalı sürücüyə isə iki cəza xalı verilib. 30 saniyəlik cəzadan sonra Hartli protokollarda 16-cı, Peres isə 17-ci olub…

XƏBƏR LENTİ