Kapello məşqçi karyerasını bitirdi

Sayta qoyulub: 14:59 09.04.2018 (195 dəfə oxunub)

Məşhur italiyalı mütəxəssis Fabio Kapello məşqçi karyerasını bitirib.


Bu barədə ölkəsinin mətbuatına açıqlamasında 71 yaşlı məşqçi özü məlumat verib.


Kapello ötən ay ayrıldığı “Tszyansua Sunin”in onun məşqçi kimi sonuncu iş yeri olduğunu açıqlayıb.


Qeyd edək ki, karyerası ərzində “Milan”, “Yuventus”, “Real” və “Roma” klublarını, eyni zamanda İngiltərə və Rusiya mililərini çalışdıran təcrübəli mütəxəssis bu 4 klubun hər biri ilə ölkə çempionluğunu qazanıb.

 

Kapello məşqçi karyerasını bitirdi

 

 

qol.az

XƏBƏR LENTİ