Salah yenə hamını qabaqladı

Sayta qoyulub: 14:53 09.04.2018 (157 dəfə oxunub)

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah növbəti dəfə Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilib.


Misirli futbolçu mart ayındakı çıxışı sayəsində azarkeşlər tərəfindən ən çox səs toplayan (80 faiz) oyunçu olub. 


O, mart ayında 4 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.


Qeyd edək ki, bu mövsüm artıq 3-cü dəfədir ayın ən yaxşı oyunçusu adına layiq görülür.

 

	  Salah yenə hamını qabaqladı

 

 

 

qol.az

XƏBƏR LENTİ