M.Ferstappen: “Vacib xallardan olduq”

Sayta qoyulub: 12:42 09.04.2018 (151 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bəhreyndə vacib xallardan olublar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 15-ci yerdən başlasa da, mükəmməl startla 9-cu yerdəki Lyuis Həmiltona çatıb. Birinci döngədə dördqat Dünya Çempionuna hücum edən 20 yaşlı sürücü rəqibi ilə təmas yaşayıb və nəticədə təkəri deşilib. Partlamış təkərlə özünü pitə çatdıra bilən Ferstappenin təkərləri dəyişdirilsə də, hidravlik problemə görə yarışa davam edə bilməyib.

Maks Ferstappen: “Düzlükdə hər şeyi düz etdim və hava kisəsinə daxil oldum. Hücum etdim və daha sonra McLaren məni sıxdı. Birinci döngənin çıxışında arxa təkərimdə böyük təmas yaşadım və bolidim tullandı. Yan tərəfdə zədələnmə oldu. Differensial zədələnmişdi. Bolid sürüşürdü. Pitə girib çıxdıqdan sonra özümü yaxşı hiss etmədim. Bolidi saxlamalı idim. Altlıq deşilmişdi. Differensial problemi olmasa belə, yarış çətin keçəcəkdi. Məyusuq, çünki çoxlu xallar qazana bilərdik. Bolidimiz güclü idi və mübarizə apara bilməmək çox pis oldu”.

XƏBƏR LENTİ