Şəhriyar Məmmədyarov liderlə heç-heçə etdi

Sayta qoyulub: 09:33 23.03.2018 (159 dəfə oxunub)

Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün 10-cu turun görüşləri keçirilib.
 
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla Fabiano Karuana ilə qarşılaşıb. 

Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) - 0,5 :0,5

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0,5 :0,5

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0
 
Din Lijen (Çin) - Uesli So (ABŞ) - 0,5 :0,5 
 
Turnir cədvəli
: Karuana - 6,5 xal, Məmmədyarov - 6, Qrişuk- 5,5, Din Lijen, Karyakin - 5, Kramnik - 4,5, So - 4, Aronyan, 3.5

 

Şəhriyar Məmmədyarov liderlə heç-heçə etdi

 

qol.az

XƏBƏR LENTİ