U-16-nın yeni baş məşqçisi təyin olundu

Sayta qoyulub: 18:10 19.03.2018 (120 dəfə oxunub)

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib. Bu vəzifə Azər Məmmədova həvalə olunub. Məmmədov futbolçu karyerasında əsasən “Turan”, “Kəpəz”, “Şəmkir”dəki çıxışı ilə tanınıb. O, həmçinin MOİK, “Xəzri”, “Qarabağ” və “Qəbələ”nin də şərəfini qoruyub. Məmmədovun son iş yeri "Kəpəz" olub. O, "sarı-göylər"in əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. 

XƏBƏR LENTİ