Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

A.Sennanın Tolemanı satışa çıxarılacaq

Sayta qoyulub: 08:23 19.03.2018 (68 dəfə oxunub)

Ayrton Sennanın 1984-cü ildə debüt etdiyi Toleman hərracda satışa çıxarılacaq.

F-1.az xatırladır ki, braziliyalı əfsanə bu bolidlə 1984-cü ilin Monako yarışında xarüqələr yaratmışdı. Yarış pis hava şəraitinə görə 31-ci dövrədə dayndırılmış və Senna ikinci olaraq karyerasının ilk podiumunu əldə etmişdi. Bununla da Formula1 dünyasının rəğbətini qazanmışdı.

Toleman TG184 mayın 11-də Bonhams hərracında nümayiş etdiriləcək və siyahıya alınacaq. Bolidin qiyməti müəyyən edilməsə də, Rori Börn və Pət Simondsun hazırladığı Toleman-Hart 2015-ci ildə 1 milyon funta satılmışdı.

Bonhams-ın avtoidman üzrə məsul şəxsi Mark Özborn bu barədə belə danışıb: “1980-ci və 1990-cı illərdə izlədiyimiz Senna-Prost rəqabəti avtoidman tarixinin ən yaxşısı olub. Hər iki çempion Formula1 fanlarına gözəl anlar yaşatdılar. Bu rəqabətin əsas qığılcımları isə 1984-cü ilin Monako yarışından başladı. Həmin yarışda Senna rəqibi Prosta yaxınlaşarkən qırmızı bayraqlar çıxdı və hər şey bitdi. Bu rəqabətin səbəbkarlarından olan Toleman TG184-ü nümayiş etdirdiyimiz üçün məmnunuq”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat