Zandfort F1-i qəbul etməyəcək?

Sayta qoyulub: 10:07 18.03.2018 (127 dəfə oxunub)

Zandfort trasınız həmsahibi şahzadə Bernhard bildirib ki, Formula1-i qəbul etmək ehtimalları azdır.

F-1.az xatırladır ki, Hollandiyanın Formula1-ə qayıtması gündəmdədir. Lakin belə görünür ki, yarışı Assen trası qəbul edəcək.

Şahzadə Bernhard: “Liberty Media ilə danışıqlar aparırıq. Amma uğurlu olacağını zənn etmirəm. Əksər ölkələr Formula1 üçün pul ödəmək istəyirlər. Liberty Media 20 milyon dollar pul istəyir və heç kim bu pulu bilet satmaqla toplaya bilməz. Sərmayədarlar pul qoymalıdır və biz də bunu gözləyirik. Libertyklassik Avropa yarışlarını idmana qaytarmaq istəyir, amma Avropada çox yarış keçirməyin mənası yoxdur. Meksika kimi ölkələr daha əlverişlidirlər. Təşkilatçı kimi çətin vəziyyətdəyəm”.

XƏBƏR LENTİ