Braziliya millisində ciddi itki

Sayta qoyulub: 10:57 17.03.2018 (203 dəfə oxunub)

“Atletiko” və Braziliya millisinin üzvü Filipe Luisin zədəsi ciddidir.


Ayağında qırıq aşkarlanan 32 yaşlı müdafiəçinin 4-5 ay meydana çıxa bilməyəcəyi məlum olub.


Bu isə onun yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyi deməkdir.


Qeyd edək ki, F.Luis Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) zədələnib.

 

 

Braziliya millisində ciddi itki

 

 

qol.az

XƏBƏR LENTİ