Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Sayta qoyulub: 12:50 14.03.2018 (213 dəfə oxunub)

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

 

Bəzi məşqçilər, xüsusilə də yaşlı nəslin nümayəndələrindən olan məşqçilər adətən mətbuatla problemlər yaşayır. Məsələn, Berti Foqts istər Almaniyada, istərsə də Azərbaycanda mətbuata qeyri-ciddi yanaşıb, ironik münasibət göstərib, çox vaxt mübahisə edib. Heç mətbuat da onu sevməyib.

Sovet mütəxəssisi Valeri Lobanovski də mətbuata ciddi yanaşmırdı. O deyirdi ki, məşqçinin işini yalnız peşəkarlar təhlil, tənqid edə, eyni zamanda, rəy bildirə bilərlər. Mətbuat işçiləri haqqında isə deyirdi: “Jurnalist komandanı necə məşq elətdirmək barədə məsləhət verə bilməz. Bu ona bənzəyər ki, mən nüvə fizikası haqqında məsləhət verirəm”.

Əksər hallarda mətbuatla münasibətləri qaydasında olmayan məşqçilərin komandasında da işləri ideal getmir. Buna mətbuatın həmin mütəxəssis barədə formalaşdırdığı rəy səbəb olur. Məşqçi jurnalistlərlə yola getmirsə, jurnalistlər də onu sevmir. İşlədiyi mətbuat orqanında məşqçini tənqid edərək, onun barəsində mənfi rəy formalaşdırır. Mətbuatın formalaşdırdığı rəy obyektiv və ya qeyri-obyektiv olmasından asılı olmayaraq, ictimai rəyə çevrilir və tezliklə məşqçinin sonunu gətirir.

Elə yəqin ki, bu səbəbə görə kurslarda təhsil alan məşqçilərə təkcə taktikaya, texnikaya deyil, mətbuatla münasibətə dair mühazirələr də oxuyurlar. Burda əsas fikir ondan ibarət olur ki, mətbuatla münasibətləri qorumalısız. Belə izah edirlər ki, bütün dünyada futboldan yazanlar əsasən onu bilməyənlərdi, amma bununla barışmalısız və onlarla mübahisəyə girişməməlisiz, münasibətləri qorumalısız. Yəni bir növ yola verməlisiz.
                                                                                                                              * * *
İstər mübahisə etsin, istər etməsin - əksər məşqçilər jurnalistlərin oyun, taktika ilə bağlı fikirlərinə ciddi yanaşmırlar. Üzdə özlərini ciddi, dəyərli fikirlərə qulaq asırlarmış kimi göstərə bilərlər, amma əslində yola verirlər. Ən azı ona görə ki, məşqçilər praktikdi, jurnalistlər isə nəzəriyyəçi. Nəzəriyyə isə heç də həmişə praktikada özünü doğrultmur. Amma...

Futbol tarixində elə bir jurnalist olub ki, ona nəzəriyyəçi demək mümkün deyil. Çünki həmin jurnalist məşqçi kimi çalışıb, həm də hansısa həvəskar komandada deyil...

Bu jurnalistin adı Joan Saldanyadı. Braziliyalıdı. Müxtəlif mənbələrdən topladığım məlumatlar əsasında yazdığım bu məqalə də çoxunuzun adını bəlkə də birinci dəfə oxuduğunuz bu unikal şəxsiyyət haqqındadı. Geniş olmasına baxmayaraq, düşünürəm ki, vaxt ayırıb oxusaz, peşman olmazsız.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi
                                                                                                                           

                                                                                                               * * *

“Mənim dostlarım!” - Joan Saldanya “Marakana”dan və Braziliyanın digər stadionlardan reportajlarda oyunun şərhinə bu sözlərlə başlayardı. Birinci dünya çempionatını çıxmaq şərti ilə digər mundialların hamısında iştirak edən Saldanya jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə Braziliyanın aparıcı futbol analitiki olub və futbolçuları, məşqçiləri, hətta lazım gələndə siyasətçiləri çox sərt, amma eyni zamanda ədalətli tənqid edib. Ümumiyyətlə, onun həyatının əsas şüarı “ədalət” olub. Sözünü istənilən adamın üzünə çəkinmədən birbaşa dediyindən, ona “Qorxmaz Joan” deyiblər.

Saldanya şərhlərində, məqalələrində oyunları elə dəqiqliklə təhlil edirdi ki, bir çoxu onun komandaya məşqçidən daha çox xeyir verəcəyini düşünürdü. Belə fikirlərə ilk ciddi yanaşan “Botafoqo” klubu olur.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

“Botafoqo”

Saldanya inzibatçı, tərcüməçi və taktika üzrə məsləhətçi kimi gəldiyi kluba çox keçmədən baş məşqçi təyin olunur. O elə ilk məşqindəcə tapşırığını verir: “Siz bizim cərimə meydanından rəqib qapısınadək olan sağ cinahı görürsüzmü? Bax bura, sağ cinaha burnunu soxmağa heç birinizə icazə vermirəm. Bura Mane Qarrinçanın dəhlizidi. Qalan futbolçular solda və mərkəzdə oynamalıdırlar. Nə badə Manenin yaxınına gələsiz. Qoy burda nə istəyir eləsin, sizin işiniz ondan “pas” gözləmək və gələn ötürməni qapıya vurmaqdı. Aydındı?”

Bu, tamamilə yeni taktiki strategiya idi. Bunadək futbolçular məşqçilərin hər hansı əhəmiyyəti olmayan uzun-uzadı, cansıxıcı, başa düşülməyən çərənləmələrinə vərdiş almışdılar. Bu səbəbdən, yeni məşqçinin qısa və aydın çıxışı onlar üçün gözlənilməz olmuşdu.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Saldanya gələndən sonra komandada əməlli-başlı demokratik ab-hava hökm sürür. Düzdü, lazım olanda o, səsini qaldırıb futbolçuların üstünə qışqırırdı, amma dərisinin rənginə görə fərq qoymurdu, hansı ki, o dövrdə bu məsələ Braziliyada həssas idi. O, futbolçulara bu cür tapşırıq da verirdi: “Mən məşqçiyəm, falçı deyiləm. Siz görsəz ki, mənim qurduğum taktika oyunda işləmir, amma siz hansı yollasa oyundakı vəziyyəti dəyişə bilərsiz, onda dəyişin”.

Saldanya gələnədək böhranda olan “Botafoqo” həmin il Rio de Janeyro ştatının çempionu olur, finalda “Fluminense”ni 6:2 hesabı ilə məğlub edir. Qarrinça həmin oyunda öz “koridor”undan dörd qol ötürməsi verir. Bu, 1957-ci ildə baş verir.

Tezliklə Saldanya rəhbərliyin o dövrün məşhur yarımmüdafiəçi Didini satmasına görə, həm də mürəkkəb xasiyyəti səbəbindən klubu tərk edir və jurnalist fəaliyyətinə qayıdır. Təxminən 10 il bu sahədə çalışır və işlədiyi dövrdə Braziliyanın ən aparıcı jurnalistlərindən hesab olunur. Onun hər kəlməsi hörmətlə qarşılanır, ciddi yanaşılır.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Braziliya

Saldanya 1969-cu ildə gözlənilmədən Braziliya yığmasına dəvət alır. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatındakı fiaskodan sonra Braziliya yığması çox sərt tənqid olunurdu. Xüsusilə, satirayla dolu iti qələmi olan Saldanya tərəfindən. Onun fikirləri faktiki bütün kütləvi informasiya vasitələrində dominantlıq edirdi.

Həmin dövrdə Braziliya futbol konfederasiyasının prezidenti, sonralar FİFA prezidenti olan Joao Avelanj Saldanyaya yığmanı təklif edir: “Joan, sən bizim yığma komandada çoxlu çatışmazlıqlar görürsən və hansı dəyişikliklər lazım olduğunu bilirsən. Tənqid etmək başqa, qərar qəbul etmək başqa... Götür bu komandanı və əsl Braziliya yığmasının necə olduğunu bizə göstər!”

Əslində, Avelanjın məqsədi tənqid olunan Braziliya yığmasına qarşı təzyiqi azaltmaq idi. Onun hiyləsi baş tutur, tənqidlər azalır. Belə baxanda, tənqid ediləsi bir şey də qalmamışdı.

Saldanya Braziliya yığmasında əsas problemi sistemsizlikdə görürdü. Bunun üçün hesab edirdi ki, hansısa klubun oyunçuları yığmanın özəyini təşkil etməlidi. O, bu problemi “Santos” və “Botafoqo”dan dəvət olunan oyunçuların sayını çoxaltmaqla həll edir. Bu dövr barədə Pelenin “Həyat vurğununun etirafları” adlı avtobioqrafik kitabından sitata baxaq:

“Saldanya ağıllı, iti dilli idi. Həm də məşqçi işinə xeyli yeniliklər gətirmişdi. İlk baxışda elə göründü ki, onun təyinatı tələsik qərardı. Amma o qətiyyətli idi. Tezliklə hamını yığdı və elan elədi: “Santos” və “Botafaqo” - Braziliyada ən yaxşı komandalar bunlardı. Ona görə də, əsas oyunçular bu komandalardan olacaq. Nə istəyirsiz danışın, ancaq mən qərarımı dəyişən deyiləm!”

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Saldanya həm də 4-2-4 sxemindən istifadə edirdi ki, hücum zamanı beş oyunçudan - Pele, Dirseu Lopes, Jerson, Tostao və Jairzinyodan eyni vaxtda istifadə edə bilsin. Saldanya bu qrupu “yırtıcılar” adlandırırdı. Azarkeşlər isə Braziliya yığmasını “Saldanyanın yırtıcıları” kimi çağırırdılar.

Joan yığmaya gəldikdən sonra komanda ilk 13 oyunun hamısında qələbə qazanır, topların fərqi isə 50:9 olur. Braziliya yığması 1970-ci ildə Meksikada keçiriləcək dünya çempionıtına vəsiqə qazanmaq üçün oynadığı bütün 6 görüşdə (topların fərqi 23:2) qalib gəlir. Bu görüşlərdən birində, Venesuelaya qarşı oyunda görünür, qələbə qazanacaqlarına arxayın olan braziliyalılar oyuna o qədər də ciddi yanaşmadıqlarından, birinci hissədə hesab açılmır. Paltardəyişmə otağının qapıları ağzında futbolçuları qarşılayan Joan Saldanya onlara təpinir: “Dincinizi almağa gəlmisiz? Yorulmusuz? Bu istirahəti siz haqq etmisizmi? Hanı qollar? Geri qayıdın, oyunu udun, onda sizə istirahət verərəm”. O, futbolçuları həqiqətən də “razdevalka”ya buraxmır. Oyunçular 10 dəqiqə dəhlizdə söhbət edib meydana çıxırlar və ikinci hissədə rəqibin qapısına 5 cavabsız top vururlar.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Ayrılıq

Lakin çox keçmir ki, Braziliya futbol konfederasiyasının rəhbərliyi ilə münasibətlər pisləşməyə başlayır. Məsələ burasındadı ki, Joan Saldanya kommunist idi. 1969-cu ildə isə Braziliyada dövlət çevrilişi baş vermişdi və hakimiyyəti hərbi xunta ələ keçirərək, onu general Emiliu Mediçiyə təhvil vermişdi. Bu adı yadınızda saxlayın, yazının bundan sonrakı hissəsində tez-tez rast gələcəksiz.

Dövlət çevrilişindən sonra ölkədə diktatura rejimi hökm sürməyə başlayır. Populyarlığına və yığmadakı uğuruna baxmayaraq, Saldanya başını aşağı salıb işini görməklə kifayətlənmir. O rejimi, hakimiyyəti tənqid etməkdən çəkinmir.

Hərbi rejim ölkədə represiyaları gücləndirir. 1969-cu ilin sonunda Braziliyanın müxalifət liderlərindən olan, Saldanyanın çoxdankı dostu Karlos Marigella öldürülür. Bu, Joanı qəzəbləndirir. O, Braziliya diktaturası tərəfindən öldürülmüş yüzlərlə insanın, həbsə atılmış 3000 nəfərdən çox siyasi məhbusun dosyesini hazırlayır və bu məlumatları 1970-ci ilin yanvarında, bütün dünyanın diqqətinin yönəldiyi Meksikadakı püşkatmada ictimailəşdirir.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Çox güman, siyasi məsələlərə qarışmaq Saldanyanın yığmada tam gücü ilə işləməsinə mane olur. Komandada bəzi problemlər meydana gəlir. Köməkçisi onunla işləməyin çətin olduğunu bildirərək, kollektivdən ayrılır, yoldaşlıq görüşündə məğlubiyyət də müəyyən tənqidlərə yol açır. Amma bu elə də ciddi bir hadisə deyildi. Braziliya yığması həmişə olduğu kimi, favorit olaraq qalırdı.

Joanın siyasi fəaliyyəti hakimiyyəti əməlli-başlı narahat edirdi. Çünki tezliklə mundial başlayacaqdı. Diqqətlər isə favorit Braziliya yığması və onun baş məşqçisində olacaqdı. Belə bir vəziyyətdə Saldanya “dilini dinc saxlaya” bilərdi? Ölkə başçısı olan general Mediçi yəqin ki, əməllərinə bəraət qazandırmaq, həm də gərginliyi azaltmaq üçün Saldanyanı şam yeməyinə dəvət edir. Amma rədd cavabı alır. Bundan sonra o, çıxış yolunu Joanı postundan uzaqlaşdırmaqda görür və bu istiqamətdə pərdəarxası planlar qurur. General Mediçi Dario adında sevimli futbolçusunun yığmaya götürülməsini istəyir. Qorxmaz Joan bunun cavabında “Oyunçuları yığma komandaya mən seçirəm. Prezident özünə nazir seçəndə mənim rəyimi öyrənmir, lənət şeytana, mən nəyə görə onun sözünə baxmalıyam?” deyir.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Bu cəsarətli cavab dövlət başçısına həqarət, təhqir kimi qəbul edilir. İki həftə sonra Saldanya Avelanjla söyüşür və nəticədə yığmadan uzaqlaşdırılır. Həmin vaxt mundialın başlamasına ayyarım vaxt qalırdı. Bir müddət boş qalan baş məşqçi postuna Mario Zaqallo gətirilir. O, Darionu (generalın sevimli futbolçusunu) Saldanyanın yığmada ən vacib fiqur və “gizli silah” adlandırdığı Dirseu Lopesin yerinə dünya çempionatına aparır. Bu, Dirseu Lopes üçün karyerasının ən böyük üzüntüsü olur. Dario isə mundialda bir oyunda olsun belə, meydana çıxmır.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Braziliyanı kim çempion etdi?

Bazası Saldanya tərəfindən qurulan Braziliya yığması üçüncü dəfə dünya çempionatının qalibi olur və “qızıl ilahə”ni həmişəlik evinə aparır. Lakin bir çox mütəxəssis, eləcə də Zaqallo özü və komandanın aparıcı futbolçuları qalib gələn Braziliya yığmasının Joan Salyandanın komandası olduğunu etiraf edirlər. Bu, təbii idi. Zaqallo istəsəydi belə, bir ay ərzində ciddi dəyişiklik edə bilməzdi.

Gəlin “çempionluqda kimin payı var” sualına cavab tapmaq üçün iki qısa təhlil aparaq: Birincisi, Braziliya yığması 1970-ci il dünya çempionatı ərzində elə oynamışdı ki, bu komandanı “müdafiədən məhrum hücum komandası” adlandırırdılar. Zaqallonun oyun fəlsəfəsi isə müdafiəyə dayanıq əks-hücum taktikası idi. Hətta onu 1998-ci il dünya çempionatında başçılıq etdiyi Braziliyanı belə oynatdığına görə ciddi tənqid edirdilər.

İkincisi, Zaqallonun 1974-cü il mundialına hazırlaşmağa kifayət qədər - 4 il vaxtı oldu. Amma 1974-cü il Braziliyası bütün dövrlərin dünya çempionatında çıxış edən ən zəif Braziliyası adlandırıldı. Yaxşı, necə olur, məşqçinin bir ay öncə götürdüyü komanda çempion olur, 4 il ərzində hazırladığı komanda isə çox zəif çıxış edir? Cavab yəqin ki, aydındı. Çünki 1970-ci il dünya çempionatına gedən Braziliya yığması Saldanyanın fəlsəfəsi ilə oynayırdı.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Pele yuxarıda sitat gətirdiyimiz kitabında yazır: “Bizim gücümüz onda idi ki, komandanın əsasını Saldanya necə qoymuşdusa, eləcə dəyişilməz qalmışdı. Təxminən ilyarım biz çiyin-çiyinə oynamışdıq və bir-birimizi əla başa düşürdük. Düşünürəm ki, bu bizə böyük üstünlük vermişdi və buna görə 1970-ci il Braziliyası tarixin ən yaxşı yığması adını almışdı”.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Pele bu fikirlərində Saldanyanın adını çəksə də, daha çox özünün və komanda yoldaşlarının rolunu qabardıb. Bir çox komanda var ki, oyunçuları illərlə bir yerdə oynayıblar, amma orta səviyyəli komandadan o tərəfə keçə bilməyiblər. Deməli, heç də oyunçuların uzun müddət bir yerdə oynaması həlledici amil deyil. Həlledici amil düzgün qoyulan özül, bünövrədi. Düzgün qoyulan taktiki, psixoloji bünövrə komanda ruhunu formalaşdırır, buna məşqçinin fəlsəfəsi də demək olar. Komandanın bünövrəsi möhkəm dayaqlar üzərində qoyulduqda, məşqçinin oyun fəlsəfəsi o gedəndən sonra da bir müddət itmir. Konkret, 1970-ci ildə Braziliyanın dünya çempionatında oynadığı oyun Joan Saldanyanın oyun fəlsəfəsi idi. Və bu fəlsəfə kuboku gətirdi. O ki qaldı oyunçuların kuboku qaldırarkən Saldanyanın bundan məhrum olaraq kənarda qalmasına...

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Mən burda “Forbes”in milyarderlər siyahısına uzun müddət başçılıq edən Billi Geytsin bir kəlamını xatırlatmaq istəyirəm. Geytsin 10 məşhur sitatı var. Bu sitatlardan birincisi belədi: “Həyat ədalətsizdi, bunu nə qədər tez başa düşsən, bir o qədər yaxşıdı”. Təsəvvür edirsizmi? Dünyanın ən varlı adamı, həyatın ədalətli olduğunu deməli olan ən birinci şəxs hesab edir ki, həyat ədalətsizdi. Bəs onda həyatın ədalətli olduğunu kim deyəcək? Maraqlıdı...

1970-ci il. Braziliya yığması Meksikada dünya çempionatında qalib gələrək vətənə qayıdıb. Xalqın qarşısında əlində Meksikada qazanılan “Jül Rime” kuboku adlanan dünya kubokunu tutmuş, şəkildə gördüyünüz bu şəxs Braziliya diktatoru general Mediçidi. Bu şəkilə baxanda vahid Almaniyanın yaradıcısı Otto fon Bismarkın məşhur kəlamı yadıma düşdü: “İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, əclaflar isə bundan faydalanır”. Həmin dövrdə Braziliya yığmasında Joan Saldanyanın gördüyü işlər əsl inqilab idi. Bu inqilabı meydanda həyata keçirən futbolçuları fanatiklər adlandırmaq olar. Əlinə kuboku alaraq, özü qazanıbmış kimi xalqın qarşısında poza verməklə bundan faydalananı mübaliğəsiz əclaf adlandırmaq olar. O, xalqın qarşısında bu kuboku qaldırıb başqasının uğuru ilə reytinqini artırarkən, paralel olaraq, yüzlərlə günahsız insan siyasi əqidəsinə görə həbsdə işgəncəyə məruz qalırdı.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Braziliya konfederasiyasının o zamankı prezidenti Joao Avelanj sonralar etiraf etdi ki, Saldanyanın postundan uzaqlaşdırılması diktator Mediçi ilə əlaqədar idi: “Rejim müxalifət liderinin (Saldanyanın) Meksikadan (dünya çempionatından) xalq qəhrəmanı kimi qayıtmasını qəbul edə bilməzdi”.

İllər sonra Saldanya yığmadan getməsində hakimiyyətin rolu barədə danışarkən demişdi:

“Mən Mediçini Braziliya tarixinin misilsiz qatili hesab edirəm. O heç vaxt Darionun oyununu görməmişdi. Bu hərəkəti (Darionu yığmaya götürmək təklifini) ona görə etdi ki, Braziliya futbol federasiyasına təzyiq göstərsin. Mən Mediçinin Portu-Aleqridə şam yeməyinə dəvətindən imtina etdim. O, dostlarımı öldürüb, mənim ad-sanım var, heç vaxt bu məxluqla kompromisə gedə bilməzdim”.

Yenə Pelenin kitabına müraciət edək: “O zaman çox adam deyirdi ki, diktatura futboldan öz məqsədləri üçün istifadə edir. Bir oyunçu kimi mən hakimiyyət tərəfindən hansısa təzyiq hiss etməmişəm. Amma buna baxmayaraq, bizim məşqçi heyətinin bəzi üzvləri (dünya çempionatı zamanı) hərbçi idi, məsələn, ehtiyatda olan komandir Klaudio Koutinyo. Məşq zamanı o deyirdi ki, Braziliyanın qələbəsi çox vacibdi, bu, xalqı sakitləşdirər”.

Ən paradoksal məqam ondan ibarət idi ki, Saldanyanın gördüyü iş nəticəsində qazanılan bu kubok prezident Mediçinin işinə yaradı. O, kubokla xalqın başın qataraq, Saldanyanın mənsub olduğu siyasi qanadın nümayəndələrini həbsə atdırdı.

...və son

Joan Saldanya Braziliya yığmasından getdikdən sonra bir daha məşqçiliyə qayıtmadı. O özünü tamamilə jurnalistikaya həsr etdi. Yazdığı materiallar bu gün də Braziliya mətbuatı tərəfindən təkrar-təkrar nəşr olunur. Onun qələmindən çıxan bir çox kəlmələr Braziliyada futbol jarqonuna çevrilib.

Joan Saldanya 1990-cı ildə dünya çempionatının oyunlarını şərh etməyə getdiyi İtaliyada vəfat edir. Onun son şərh etdiyi oyun İtaliya və Argentina yığmaları arasındakı yarımfinal matçı olur. 1/8 finalda Braziliyanı sıradan çıxaran Argentina yarımfinalda, penaltilərə qalan oyunda İtaliyanı da məğlub edir. Bu matçı Braziliya telekanalı üçün şərh edən Saldanya oyun qurtaran kimi özünü pis hiss edir və 9 gün sonra Roma xəstəxanalarının birində dünyasını dəyişir. Dəqiq bilinməsə də, bəzi informasiyalara və ehtimallara görə, onun ölümünə ağ ciyərin emfizemi səbəb olur. O gəncliyində, siyasi fəaliyyəti zamanı ağ ciyərindən güllə yarası almışdı və hər gün üç qutu siqaret çəkirdi.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Saldanya ömrünün sonunadək Braziliya futbolunda avropalaşmanın əleyhdarı oldu. Həmin dövrdə Avropada əsasən müdafiə sxeminə üstünlük verilirdı. Saldanya isə hesab edirdi ki, avropalaşma Braziliyanın məharətlə və ehtirasla oynadığı hücum futbolunun itməsinə gətirib çıxaracaq. O, Braziliya futbolunu musiqiyə bənzədirdi: “Braziliya futbolu - bu musiqi kimi oynamaqdı”.

1970-ci il çempionluğundan sonra - Saldanya ölənədək Braziliya dünya çempionatında qalib ola bilmədi, amma həmişə musiqiyə bənzər futbol oynadı. Saldanya öləndən sonra Braziliya iki dəfə dünya çempion oldu, amma oyunu heç vaxt musiqiyə bənzəmədi.

Diktatora boyun əyməyən, azad bir insanın hekayəsi

Belə... Bu yazdıqlarım futbolun iki istiqamətini - jurnalistikanı və məşqçiliyi özündə birləşdirən, həyatını istədiyi kimi yaşayan azad bir insan haqqında idi. Biz Joan Saldanyanın həyatının futbola aid dövründən yalnız bəzi məqamlara toxunduq. Ümumiyyətlə isə həyatını nəzərdən keçirdikdə, onun haqqında bu iki sözü söyləmək olar: Əfsanəvi şəxsiyyət.

Bu gün Joan Saldanyanı əksər jurnalistlər və məşqçilər tanımır. Jurnalistlər onu tanısaydılar, həmkarları kimi fəxr edərdilər. Məşqçilər tanısaydılar, heç vaxt jurnalistlərə ironik münasibət göstərməzdilər. Həyat belədi, insanlar dünyaya gəlir, yaşayır, tarixdə müəyyən iz qoyur, sonra da ölüb gedirlər. Daha sonra isə unudulurlar.

                                                                                                                   * * *

2009-cu ildə “Marakana” stadionunun şərəf xiyabanında Joan Saldanyanın bürüncdən heykəli qoyulur, həmin stadionun mətbuat mərkəzinə isə adı verılır.

                                                                                                                    * * *

“Bilirsiz məni niyə xoşbəxt adlandırmaq olar? Ona görə ki, 80 milyon braziliyalıdan hər biri mizilsiz məşqçidi və 80 milyon braziliyalıdan hər birinin selesaonun (Braziliya yığmasının) start heyəti haqqında öz variantı var. Həmin 80 milyondan, müəyyən bir dövr yeganə insan olmuşam ki, mənim start heyətim meydana çıxıb”.

Joan Saldanya
                                                                                                                     * * *
1970-ci il dünya çempionatının qalibi olan Braziliya yığması 2000-ci illərdə keçirilən sorğuda futbol tarixinin ən güclü komandası adını qazanır.

Vüqar Məmmədov

komanda.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat