Qurban Qurbanovun milliyə dəvət etdiyi futbolçunun problemi çıxdı

Sayta qoyulub: 12:40 13.03.2018 (210 dəfə oxunub)

Qurban Qurbanovun milliyə dəvət etdiyi futbolçunun problemi çıxdı
 

Uzun müddət sonra millimizə dəvət alan "Samsunspor"un futbolçusu Ufuk Budak yığmamıza qoşulmaya bilər. Sol cinah müdafiəçisinin zədə problemi var. 28 yaşlı futbolçu Türkiyə I Liqasının son turunda "Qaziantepspor"la matçında zədələnib. Qasıq nahiyyəsində problem olan Ufuk "Boluspor"la matça yetişməyə bilər. Budakın zədəsi uzun zaman alsa, millimizin martın 23-də Belarus və həmin qarşılaşmadan 4 gün sonra keçiriləcək Makedoniya ilə qarşılaşmalara dəvət almayacaq.

XƏBƏR LENTİ