E.Fittipaldi: “Maraqlı mövsüm olacaq”

Sayta qoyulub: 12:18 13.03.2018 (92 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Emerson Fittipaldi yeni mövsümdə maraqlı mübarizə gözləyir.

F-1.az xatırladır ki, keçən il Mercedes və Ferrari çempionluq uğrunda mübarizə aparmış və sonda “gümüşü oxlar” sevinmişdilər. Lakin builki testlərdə Red Bull güclü performans göstərib. Bundan başqa Renault və McLaren-in də ön qrupdakı komandalara yaxın olması gözlənilir.

Emerson Fittipaldi: “Bu il Renault mühərrikli McLaren güclü olacaq. Keçən il güclü şassiləri olsa da, Honda mühərrikləri bərbad idi. Məncə, MCL33 aerodinamik cəhətdən çox güclüdür və mühərrik yaxşı olsa, rəqabət apara bilərlər. Mercedes yenə çox güclü olacaq. Amma inanıram ki, Ferrari və Red Bull da onları rahat buraxmayacaq. Ümid edirəm ki, McLaren də onlara yaxın olar. Bizi maraqlı çempionat gözləyir”.

XƏBƏR LENTİ