Qurban Qurbanovun diqqətində olan futbolçu Rusiya millisində

Sayta qoyulub: 08:23 13.03.2018 (207 dəfə oxunub)

Qurban Qurbanovun diqqətində olan futbolçu Rusiya millisində
 

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq seçmələri ilə oyunlar üçün heyəti açıqlanıb. Millinin baş məşqçisi Yevgeni Buşmanov heyətə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var. Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.

XƏBƏR LENTİ