Ufuk Budakın komandası məğlub oldu

Sayta qoyulub: 19:15 11.03.2018 (115 dəfə oxunub)

Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” səfərdə “Qaziantepspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Ufuk start heyətdə başladığı matçın 66-cı dəqiqəsində əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub. “Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏR LENTİ