Futbolçumuz Çexiyada qol vurdu

Sayta qoyulub: 16:14 11.03.2018 (161 dəfə oxunub)

"Slaviya"nın U-21 komandası Çexiya gənclər liqasında növbəti oyununa çıxıb. Fərid Nəbiyev və Rövlan Muradovun çıxış etdiyi klub 21-ci tur çərçivəsində səfərdə “Bohemians”la üz-üzə gəlib. Nəbiyevin iştirak etmədiyi, Muradovun isə 90 dəqiqə oynadığı görüşdə “Slaviya” 2:3 hesabı ilə uduzub. Komandasının qollarından birini Rövlan vurub. Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 29 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

XƏBƏR LENTİ