Sevilyada ciddi itki. MY ilə oyunu buraxacaq

Sayta qoyulub: 10:13 10.03.2018 (219 dəfə oxunub)

Sevilya klubunun yarımmüdafiəçisi Xesus Navas Mançester Yunaytedlə qarşılaşmada komandasına yardım edə bilməyəcək. Futbolçunun ədəli olduğunu klubun mətbuat xidməti məlumat verib.

 

Bundan başqa 32 yaşlı futbolçu Valensiya ilə çempionatın oyununu da buraxacaq. Yarımmüdafiəçi Atletiko (2:5) ilə qarşılaşmada budundan xəsarət alıb.

 

Qeyd edək ki, Mançester Yunaytedlə qarşılaşma martın 13-də baş tutacaq. Navas bu mövsüm 37 oyunda 3 qol vurub.

 

 

XƏBƏR LENTİ