McLaren peşmandır?

Sayta qoyulub: 10:00 10.03.2018 (148 dəfə oxunub)

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Honda-nın builki performansından təsirlənib.

F-1.az xatırladır ki, McLaren komandası Honda ilə 3 uğursuz mövsüm keçirdikdən sonra bu il Renault mühərriklərinə keçib. Amma yaponiyalı mühərrik istehsalçısı Toro Rosso ilə qış testlərində hələlik etibarlı təsir bağışlayır.

Zek Braun: “Məncə, əla iş görürlər. Biz öz proqramımıza fokuslanmışıq. Bilirəm hazırda əksəriyyət bizi müqayisə edir. Lakin biz əminik ki, gözəl mövsüm keçirəcəyik.

Biz bilirik ki, mükəmməl şirkətdir. Sadəcə inkişaf üçün zamana ehtiyacları var. Testlərdə yaxşı çıxış edirlər və bu onlar üçün yaxşıdır”.

XƏBƏR LENTİ