"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması

Sayta qoyulub: 09:59 10.03.2018 (301 dəfə oxunub)

"Çelsi" ilə oyunu düşünmürük. Bu dəfə Çempionlar Liqası öncəsi istirahət üçün vaxtımız daha çox olacaq. İndi əsas hədəfimiz “Malaqa” ilə qarşıdakı matçda diqqətli oynamaqdır”.


Bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Velverde deyib. La Liqanın 28-ci turunun “Malaqa” ilə oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran mütəxəssis PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna qayıtmaq istəməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:


“Malaqa”ya xal lazımdır. Ona görə də qol vurmağa çalışacaqlar. Bu görüşdə İnyestanı Koutinyo və ya Andre Qomeş əvəzləyəcək. O ki qaldı Neymarın “Barselona”ya qayıtmasına, fərziyyələr haqda danışmaq istəmirəm”.


Qeyd edək ki, “Malaqa” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

 

"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması

 

 

 

qol.az

XƏBƏR LENTİ