L.Stroll: “Williams-ın inkişafı təqdirəlayiqdir”

Sayta qoyulub: 08:31 10.03.2018 (112 dəfə oxunub)

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, komandası irəliyə doğru addım atıb.

F-1.az xatırladır ki, kanadalı sürücü testlərin 6-cı günündə 63 dövrə vurub və 1:20.349 zaman nəticəsi göstərərək, 10-cu olub.

Ləns Stroll: “Bu gün barədə çox söz deyə bilmərəm. Yenə də yaxşı gün oldu. Bolidə mindim və çoxlu dövrə vurdum. Özümü yaxşı hiss edirəm. Bu tempi qorumalıyıq. İlk yarışda harada olduğumuzu görəcəyik”.

XƏBƏR LENTİ