Atletikonun müdafiəçisi Fransanın təklifini rədd edərək İspaniyadan dəvət gözləyir

Sayta qoyulub: 08:30 10.03.2018 (163 dəfə oxunub)

Atletikonun müdafiəçisi Lyuka Ernandes Kolumbiya və Rusiya ilə yoldaşlıq oyunları üçün Fransa millisindən gələn təklifi rədd edib.

 

Marseldə anadan olmuş 22 yaşlı futbolçunun atası fransız , anası isə ispandır. O hər iki dövlətin millisində çıxış edə bilər.

 

Didye Deşam futbolçunun millidə oynamasına razıdır, amma futbolçunun özü İspaniya millisindən dəvət gözləyir.

 

Lakin yaxın müddətdə Xulyen Lopategi ona dəvət göndərməsə , Lyuka Fransa millisini seçə bilər.

 

Atletikonun müdafiəçisi Fransanın təklifini rədd edərək İspaniyadan dəvət gözləyir

XƏBƏR LENTİ