S.Markionne: “Liberty heç nə bilmir”

Sayta qoyulub: 08:24 10.03.2018 (73 dəfə oxunub)

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Liberty Media komandalara sürətli maşını hazırlamağa imkan verməlidir.

F-1.az xatırladır ki, Markionne Liberty Media-nın 2021-ci ildən sonrakı planlarından razı deyil və buna görə də onları idmandan getməklə hədələyir.

Sercio Markionne: “Biz istəyirik ki, idmanın genlərini qoruyaq. İdmanın auditoriyası kommersiya və ya əyləncəyə görə azalmamalıdır. Biz işin texniki tərəfinə fokuslanmışıq və Liberty bu barədə heç nə bilmir. Buna görə qoyun işimizi görək. Əgər Ferrari Mercedes-dən fərqləndirilməsə, o zaman hər şey başqa cür olar.

Liberty işə çox ciddi yanaşır, amma Berninin xüsusi gücü var idi. Texniki reqlamentə qarışmazdı”.

XƏBƏR LENTİ