Topaz Premyer Liqası: "Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qalib gəldi

Sayta qoyulub: 18:30 09.03.2018 (105 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqasında 19-cu tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib.
Turun açılış matçında “Kəpəz” Gəncədə “Qəbələ”ni sınağa çəkib. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazmışdı. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempionluq yolunda ciddi zərbə almışdı. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə çıxmışdılar. Oyunun taleyini bir qol həll edib. 66-cı dəqiqədə fərqlənən Filip Ozobiç komandasına vacib qələbə qazandırıb. 

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edib. Qarşılıqlı qolla şəraitində keçən görüş meydan sahibləriinin qələbəsi ilə başa çatıb - 3:2.


Topaz Premyer Liqa

XIX tur

9 mart (cümə)


18:00. “Neftçi” - “Keşlə” - 3:2 
Qollar: 
Namiq Ələsgərov, 14 (1:0), Adrian Skarlatake, 16 (1:1), İqnasio Herrera, 48 (2:1), Pərdis Fərcad-Azad, 57 (2:2), Ruslan Abışov, 90 (3:2)
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
“Bakcell Arena”


15:00. “Kəpəz” - “Qəbələ” - 0:1 
Qol:
 Filip Ozobiç, 66
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

10 mart (şənbə)

17:00. “Səbail” - “Sumqayıt”
Hakimlər:
 Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
“Bayıl Arena”

19:00. “Qarabağ” - “Zirə”
Hakimlər:
 Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Azərsun Arena” 


N Klublar O Q H M T-F X
1 Qarabağ 18 14 3 1 28-7 45
2 Qəbələ 19 12 2 5 33-19 38
3 Zirə 18 9 5 4 27-17 32
4 Sumqayıt 18 8 4 6 23-20 28
5 Neftçi 19 9 2 9 24-22 26
6 Səbail 18 5 2 11 11:26 17
7 Keşlə 19 5 2 12 16:31 15
8 Kəpəz 19 3 1 15 12:34 10


Bombardirlər:

 

Baqali Dabo ("Qəbələ) - 11 qol 
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol

XƏBƏR LENTİ