Yayda PSG heyəti tam dəyişmək fikrindədir

Sayta qoyulub: 08:35 09.03.2018 (364 dəfə oxunub)

PSG rəhbərliyi yayda heyətin genişmiqtaslı yenilənməsini aparacaq. Bu barədə  Le Parisien məlumat verib. Məlumata görə klub Kavani , Di Mariya , Alveş , Verratti, Kurzava, Berçiçe, Rabyo və Pastore ilə vidalaşmaq fikrindədir. Buna səbəb futbolçuların 2018/19 mövsümündə bitəcək müqaviləni yeniləmək istəməməsidir.

 

Məlumata görə klub rəhbərliyi Neymar və Mbappenin ətrafında yeni komanda qurmaq istəyir.

 

Xatırladaq ki, baş məşqçi Emeri və idman direktoru Antero Enrikenin gedişi də gözləniləndir. Vakant qalacaq posta əsas namizəd Zidan , Luis Enrike , Konte, Ançelotti və Quardiola göstərilir.

XƏBƏR LENTİ