FİFA-dan "Trabzonspor"a transfer qadağası

Sayta qoyulub: 20:17 08.03.2018 (147 dəfə oxunub)

FIFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb. Trabzon təmsilçisi transfer zamanı qaydanı pozub. Matuş Beronun transferi zamanı Macarıstanın "Debretsen" klubuna vaxtında ödəmə etmədiyi üçün Superliqa klubu yay transfer dönəmində heyətini gücləndirə bilməyəcək. Qeyd edək ki, millimizin üzvü və hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

XƏBƏR LENTİ