Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirildi

Sayta qoyulub: 18:00 07.03.2018 (159 dəfə oxunub)

Azərbaycan – Makedoniya yoxlama oyununun vaxtı dəyişdirilib. AFFA-nın saytı xəbər verir ki, martın 27-də Türkiyənin Antalya şəhərindəki "Mardan" stadionunda keçiriləcək yoxlama görüşü 1 saat tez başlayacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə oyunun Bakı vaxtı ilə saat 21:00-da başlanması nəzərdə tutulmuşdu.

XƏBƏR LENTİ