K.Uilyams Zek Brauna sərt xəbərdarlıq edib

Sayta qoyulub: 12:00 07.03.2018 (119 dəfə oxunub)

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams McLaren komandasına xəbərdarlıq edib.

F-1.az xəbər verir ki, McLaren Group-un rəhbəri Zek Braun yeni sponsorlar axtarır. Lakin Zek deyəsən Williams komandasının sponsorlarına da göz dikib.

Kler Uilyams: “Məncə, Mclaren və Williams arasında belə şey etməyəcəklərinə dair müqavilə var. Frənk və Ron dövründə bu var idi. Bura çətin yerdir və hamı özü üçündür. Mənə görə tərəfdaşlarımızı itirməmək üçün yaxşı işlər görməliyik. Bu məsuliyyət bizim üzərimizdədir. Əgər başqa komandaya getsələr, deməli düz işləməmişik. Zek bunu sınaya bilər, amma boş yerə əziyyət çəkəcək. Sponsorları ona asanlıqla vermərəm. Onlar bizim canımız və qanımızdır”.

XƏBƏR LENTİ