B.Hartli hamını təəccübləndirmək istəyir

Sayta qoyulub: 08:00 07.03.2018 (94 dəfə oxunub)

Toro Rosso komandasının sürücüsü Brendon Hartli bildirib ki, yeni mövsümdə hamını təəccübləndirə bilər.

F-1.az xatırladır ki, Toro Rosso komandası Barselonadakı birinci qış testlərində ən çox məsafə qət edən komanda olmuşdu.

Brendon Hartli: “Toro Rosso-nun Honda ilə tərəfdaşlığından razıyam. Hələlik hər şey yaxşı gedir. Hamı çox işləyir və əlindən gələni edir. Hazırda yaxşı vəziyyətdəyik və il ərzində təkmilləşəcəyimizə inanıram. Honda mühərriyinə keçəndə hamı düşünürdü ki, hər şey bizim üçün pis olacaq. Lakin mən rəqiblərimizi təəccübləndirəcəyimizə inanıram. Hədəflərimizə çatmaq üçün çox işləməliyik”.

XƏBƏR LENTİ