AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

Sayta qoyulub: 12:34 06.03.2018 (153 dəfə oxunub)

AFFA İntizam Komitəsinin iclası keçirilib. İK Topaz Premyer Liqanın 18-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Qəbələ” – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Qəbələ” müdafiəçisi Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 200 manat məbləğində cərimələnib.

XƏBƏR LENTİ