"Keşlə" - "Neftçi" matçının yeri dəyişdirildi

Sayta qoyulub: 12:27 06.03.2018 (100 dəfə oxunub)

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Topaz Premyer Liqasının XIX turunun matçının yerinin dəyişdirilməsini istəyib. PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının XIX turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “Bakcell Arena”da keçirilsin.

XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.

XƏBƏR LENTİ