Beyl gələn mövsüm Realda olmayacaq

Sayta qoyulub: 09:32 23.02.2018 (336 dəfə oxunub)

Qaret Beyl gələn mövsüm Realda olmayacaq. Bu barədə İspaniyanın  Marca nəşri məlumat verib.


Məlumata görə İspaniya klubunun rəhbərliyində bununla bağlı qəti qərar qəbul edilib.Beylin özü də son vaxtlar əsas heyətə həmişə düşə bilmədiyinə görə narahatdır. Rəhbərlik və məşqçilər heyəti isə uelsli futbolçunun oyunundan narazıdır. Xatırladaq ki, 2013-cü ildə Reala keçən futbolçu bu müddət ərzində 25 müxtəlif zədə alıb və 78 oyunu buraxıb.


Beylin Realla müqaviləsi 2022-ci ilin yayında bitir.

XƏBƏR LENTİ