Argentina 2019-cu ildə təqvimə qayıdacaq?

Sayta qoyulub: 09:27 23.02.2018 (188 dəfə oxunub)

Argentina Qran Prisi 2019-cu ildə baş tuta bilər. Bunu yarışın promouterliyini etməyə hazır olan Blue Capital şirkətinin rəhbəri Arturo Rubenşteyn bildirib.

F-1.az xatırladır ki, Argentina 1953-cü ildə Avropadan kənarda Formula1 yarışlarını qəbul edən ilk ölkələrdən olub. Buenos Ayresdə baş tutan 20 yarışın sonuncusu 1998-ci ildə keçirilib.

İndependent-ə müsahibə verən Rubenşteyn bildirib: “Liberty Media ilə danışıqlar aparırıq. Buenos Ayres şəhərinin rəhbərliyi razılıq verib, trasda yenidənqurma işlərinin aparılması, Formula1 standartlarına uyğun səviyyəyə çatdırılması üçün maliyyə vəsaitinin ayrılmasını öhdəsinə götürüb. Trasda işlər beşillik müqavilə imzalandıqdan sonra başlayacaq və təxminən 6 ay davam edəcək.

2019-da təqvimdə yer almaq fikrindəyik. Argentina Qran Prisi adətən mövsümün əvvəlində keçirilib, ona görə də təqvimdə Avstraliya ilə yanaşı olmaq istəyirik. Alternativ kimi isə noyabrda Braziliya Qran Prisindən əvvəli və ya sonranı düşünmək olar”.

XƏBƏR LENTİ