Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılır

Sayta qoyulub: 09:25 23.02.2018 (164 dəfə oxunub)

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.


 Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşəcək. Püşkatma mərasimi AZTV vasitəsilə canlı yayımlanacaq.


1/8 finalçılar bunlardır: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (Bilbao, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leyptsiq" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya)


Qeyd edək ki, oyunlar martın 8-də və 15-də keçiriləcək.

 

 

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılır

 

 

 

 

qol.az

XƏBƏR LENTİ