K.Rəykkönen: “Gözəl bolidlər sürətli olur”

Sayta qoyulub: 09:23 23.02.2018 (86 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yeni bolidin performansını ancaq trasda görə bilər.

F-1.az xatırladır ki, “qırmızılar” keçən mövsümə əla başlasalar da, yay tətilindən sonra problemlər yaşayaraq çempionluğu əldən vermişdilər.

Kimi Rəykkönen: “Yeni bolid çox gözəl görünür və gözəl bolidlər sürətli olurlar. Bunu gələn həftə ilk testlərdə və ya ilk yarışda görəcəyik. Haloya görə SF71H daha fərqli görünsə də, bu sistemi keçən il bir neçə dəfə test etmişdik. Buna görə də dizaynda demək olar heç nə dəyişməyib. Ona öyrəşəcəyik.

Bundan başqa sistem dizayn mərhələsində bolidə inteqrasiya edildi. Bolidin görüntüsü bir az dəyişsə də, bolidlər reqlamentə görə həmişə dəyişiblər. Belə hallara öyrəşmişik. İndi də belə olacaq. Halo təhlükəsizlik üçündür və buna öyrəşməliyik. SF71H-ın hazırlanması üçün çox vaxt sərf etdik. Bolidi ilk dəfə hazır vəziyyətdə görürəm. Tezliklə sükan arxasına keçib sınayacağıq və həyəcanlıyıq”.

XƏBƏR LENTİ