Topaz Premyer Liqası: 17-ci turun hakimləri

Sayta qoyulub: 18:27 22.02.2018 (96 dəfə oxunub)

Topaz Premyer Liqası: 17-ci turun hakimləri
 

Topaz Premyer Liqasında XVII turun oyunları üçün hakim təyinatları məlum olub. “Neftçi” – “Zirə” oyununu Ramil Diniyev idarə edəcək. FİFA referilərindən Əliyar Ağayev “Səbail” – “Qəbələ”, Rəhim Həsənov “Keşlə” – “Sumqayıt” matçında fit çalacaq.

Topaz Premyer Liqası

XVII tur

24 fevral (şənbə)

16:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
“Bayıl Arena”

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
8-ci km qəsəbə stadionu

25 fevral (bazar)

18:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
“Azərsun Arena”

15:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
“İnter Arena”

XƏBƏR LENTİ