Pxençxan-2018: Almaniya qızıl medal sayında Norveçə çatıb

Sayta qoyulub: 14:49 22.02.2018 (199 dəfə oxunub)

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə idmanı üzrə ikinövçülük növünün 4x5 km məsafəyə estafet yarışında qalib müəyyənləşib. Almaniya yığma komandası 46 dəqiqə 9,8 saniyə göstərici ilə birinci olub. Norveç millisi gümüş (47 dəqiqə 2,5 saniyə), Avstriya yığması isə bürünc medal (47 dəqiqə 17.6 saniyə) qazanıb.

Qeyd edək ki, medal sıralamasında ikinci sırada qərarlaşan Almaniya "qızıl" sayında Norveçə çatıb. Hər iki ölkənin hesabında 13 çempionluq var. Ümumilikdə isə, Norveçin 34, Almaniyanın 25 medalı var.

XƏBƏR LENTİ