Renault komandası Alibaba Tmall ilə müqavilə imzalayıb

Sayta qoyulub: 14:53 21.02.2018 (87 dəfə oxunub)

Renault komandası bu gün verdiyi açıqlama ilə bildirib ki, Çin şirkəti Alibaba Tmall ilə çoxillik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, Tmall dünyaca məşhur onlayn alış-veriş saytıdır və Alibaba Group-un tərkibindədir. 2008-ci ildə fəaliyyətə başlayan Tmall fransız brendinin Çin bazarında daha da yaxşı tanınmasına kömək edə bilər. Müqaviləyə əsasən, Çin şirkətinin loqotipləri Renault R.S.18-in üzərində olacaq. Müqavilə barədə daha ətraflı mart ayında açıqlama veriləcək.

Siril Abitebul: “Renault-nu Formula1-ə gətirmə səbəblərindən biri şirkəti qlobal müstəvidə tanıtmaq idi. Çin bazarı bizim üçün vacibdir və Alibaba Tmall kimi böyük şirkətlə bağladığımız müqavilə həm Nissan, həm də Renault üçün vacib olacaq”.

XƏBƏR LENTİ