Ferrari rəng çalarını dəyişəcək?

Sayta qoyulub: 13:54 21.02.2018 (129 dəfə oxunub)

İtaliya mətbuatının verdiyi xəbərə əsasən, Ferrari əsas sponsoru Santander-dən ayrıldıqdan sonra bolidin rəng çalarını dəyişəcək.

F-1.az xatırladır ki, Santander bankı italyanlarla yeni müqavilə bağlamayıb. Amma uzun illərdir “şahə qalxan atlar”a sponsorluq edən Philip Morris-lə yeni müqavilə bağlanıb. Qeyd edək ki, Philip Morris eyni zamanda Ducati-nin MotoGP komandasına da sponsorluq edir və italyanların 2018-ci il motosikletində ağ yox, boz rənglərdən istifadə olunub. Bəzi iddialara əsasən, Ferrari də eyni addımı atacaq və ağ rənglərin əvəzinə boz rəngdən istifadə edəcək.

Bundan başqa qırmızı rəng də nisbətən tündləşəcək və 1969-cu ilin Ferrari 312 bolidinin rəngini xatırladacaq.

Philip Morris özünün İQOS brendini Ducati-nin sponsoru etmək istəyir. Lakin bu ideyanı MotoGP ilə kifayətləndirmək fikri yoxdur. İQOS loqotipləri Ferrari bolidində də ola bilər. Onsuz da Santander şirkətini itirən “qırmızılar” 48 milyon avroluq illik gəlirdən də olublar.

XƏBƏR LENTİ