Ceyhun Sultanov "Neftçi"nin baş meneceri oldu

Sayta qoyulub: 10:01 21.02.2018 (111 dəfə oxunub)

Ceyhun Sultanov "Neftçi"nin baş meneceri oldu
 

Kamran Quliyevin "Neftçi"nin prezidenti təyin olunmasından sonra onun keçmiş klubu "Sumqayıt"dan paytaxt klubuna ilk keçid rəsmiləşib. "Ağ-qaralar"ın yeni prezidenti ən yaxın adamını yanına gətirib.  Belə ki, "Sumqayıt"ın baş meneceri Cəyhun Sultanovun "Neftçi"yə keçidi təsdiqini tapıb. 2014-cü ildən "Sumqayıt"da çalışan Ceyhun Sultanov "Neftçi"də də baş menecer vəzifəsində çalışacaq. Onun təyinatı bu gün gerçəkləşib.  Qeyd edək ki, məhz Kamran Quliyevin dəvəti ilə "Sumqayıt"a gələn Azərbaycan futbolunun tanınmış siması burada çox böyük iş görürdü. Sultanov "Sumqayıt"ın əsas komandasının baş meneceri olmaqla yanaşı, klubun akademiyasına cavabdehlik daşıyırdı, eyni zamanda "Sumqayıt"ın seleksiya qrupuna rəhbərlik edirdi.

XƏBƏR LENTİ