Reynaldonun yeni klubu rəsmən müəyyənləşdi

Sayta qoyulub: 13:38 20.02.2018 (149 dəfə oxunub)

Reynaldonun yeni klubu rəsmən müəyyənləşdi
 

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni iş yeri rəsmən müəyyənləşib. Trnavanın "Spartak" klubun dan ayrılan futbolçu karyerasını Qazaxıstan çempionatında davam etdirəcək. 

O, ölkənin ən titullu komandalarından biri olan "Aktobe" ilə sözləşmə imzalayıb. "Spartak"dan ayrıldıqdan sonra Qazaxıstan klubunun düşərgəsinə baxışa yollanan "sambaçı" özünü yaxşı tərəfdən göstərməyi bacarıb.  28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.  

Qeyd edək ki, Reynaldo 2013-16-cı illərdə "Qarabağ"ın uğurları üçün çalışıb. Oyunçu ölkəmizdə çıxış etdiyi illər ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

XƏBƏR LENTİ