"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq

Sayta qoyulub: 10:15 20.02.2018 (105 dəfə oxunub)

"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq
 

Topaz Premyer Liqasının XVII turunda öz meydanında "Zirə"ni qəbul edəcək "Neftçi"nin heyətində ciddi itkilər var. "Ağ-qaralar"ın 4 futbolçusu "Zirə"yə qarşı iştirak edə bilməyəcək. 

Belə ki, Rəşad Sadiqov, İlkin Qırtımov, Elnur Cəfərov və Qato komandaya kömək edə bilməyəcək. Biriniclər sarı vərəqə limitini doldurduqları üçün oynamayacaqlarsa, Cəfərovla Qato zədə səbəbindən kənarda qalacaq. 

Elnur Cəfor gələn həftə komanda ilə birgə məşqlərə başlayacaq. "Sumqayıt"la görüşdə çiyni çıxan Qatonun isə hansı müddətə sıralara dönəcəyi dəqiqləşməyib. 

XƏBƏR LENTİ