Miçel: "Zədəm ciddi deyil"

Sayta qoyulub: 13:29 19.02.2018 (86 dəfə oxunub)

Topaz Premyer Liqanın 16-cı turunun "Səbail"lə oyununda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Maderanın zədəsi ciddi deyil. Bu barədə ispan futbolçu özü məlumat verib. O, bildirib ki, 2-3 gün istirahət etməli olacaq:

"Rəqib futbolçu ilə mübarizədə ayağıma zərbə endirdi. Hazırda ağrılar var. Ancaq zədəm ciddi deyil. Həkimlər 2-3 günlük istirahətdən sonra hər şeyin qaydasına düşəcəyini bildirdilər".

Qeyd edək ki, Miçel matçın 69-cu dəqiqəsində Ansi Aqolli ilə əvəzlənib. Görüş isə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ