Aqolli "Qarabağ"dan ayrıla bilər

Sayta qoyulub: 13:16 19.02.2018 (151 dəfə oxunub)

Aqolli "Qarabağ"dan ayrıla bilər
 

Albaniya milli komandasının kapitanı Ansi Aqolli “Qarabağ”ı tərk edə bilər. 35 yaşlı futbolçunun mövsümün sonunda Ağdam klubundan ayrılması gündəmdədir. Məsələ burasındadır ki, Aqolli əsas heyətdəki yerini itirib. Ansi Antalya toplanışından öncə zadə alıb və haitili Donald Gerye bundan istifadə edərək özünü komandanın baş məşqçisi Qurban Qurbanova sözün əsl mənasında sübuta yetirə bilib.

Qış fasiləsindən sonrakı iki turda Donaldın Ansinin mövqeyində oynaması buna sübutdur. Əgər bu hal mövsümün sonuna qədər təkrarlansa, Ansinin ayrılması gündəmə gələcək.

Qeyd edək ki, 2012-ci ildən klubun uğurları üçün çalışan təcrübəli cinah müdafiəçisinin müqaviləsi mövsümün sonunda başa çatacaq.   

XƏBƏR LENTİ