Liberty Media Vyetnamda yarış keçirmək niyyətindədir…

Sayta qoyulub: 07:25 19.02.2018 (81 dəfə oxunub)

Vyetnamda Formula1 yarışının keçirilməsi ehtimalı indiyə qədər az idi. Berni Ekklstoun keçən il etiraf etmişdi ki, bu təklifi rədd edib, hətta yarışı keçirməyə təşəbbüs göstərən şəxslərlə görüşmək də onun marağında olmayıb.

F-1.az xəbər verir ki, cənub-şərqi Asiya ölkəsində yarışın keçirilməsi bəzi böyük şirkətlərin maraq dairəsindədir. Formula1-in tərəfdaşlarından olan Heineken İnternational-ın nümayəndəsi keçən yay bildirmişdi ki, onlar yerli bazarda məhsullarını daha çox satmaqda maraqlıdırlar.

Amma bu layihə ilə bağlı ilkin işlər Melburnun keçmiş meri Ron Uokerin vəfatından sonra tam dayanıb. Xatırladaq ki, Ron uzun müddət Avstraliya Qran Prisinin təşkilatçısı olan Australian Grand Prix Corporation şirkətinə başçılıq etmişdi. Məhz Asiya ölkələrindəki biznesmenlərlə sıx əlaqələri olan Uoker son illərdə Vyetnam Qran Prisi layihəsi üzərində çalışırdı, lakin bunu başa çatdıra bilməyib.

Liberty Media isə Vyetnamın təqvimə daxil edilməsində qərarlıdır. Artıq Hanoy şəhərinə dəfələrlə səfər edilib, hətta Hermann Tilke də orada olub və şəhər trası üçün mümkün konfiqurasiyaları nəzərdən keçirib…

XƏBƏR LENTİ