Renat Dadaşovun qolu "Ayntraxt"a qələbə qazandırdı

Sayta qoyulub: 19:27 18.02.2018 (104 dəfə oxunub)

Renat Dadaşovun qolu "Ayntraxt"a qələbə qazandırdı
 

Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt"ın 19 yaşadək futbolçulardan ibarət komandası Almaniya Gənclər Bundesliqasının cənub zonasında növbəti oyununu keçirib. Frankfurt təmsilçisi XVIII tur çərçivəsində "Karlsrue"ni qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ayntraxt"ı qalibiyyətə daşıyan qola məhz Dadaşov imza atıb. Start heyətində yer alan Renat 89-cu dəqiqədə fərqlənib. Qeyd edək ki, aktivində 19 xal olan "Ayntraxt"ın U-19 komandası hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

XƏBƏR LENTİ