Ramin Musayev açıqladı: Kubokun finalı bu şəhərdə baş tutacaq

Sayta qoyulub: 10:37 18.02.2018 (140 dəfə oxunub)

Ramin Musayev açıqladı: Kubokun finalı bu şəhərdə baş tutacaq
 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” (2:0) oyunundan sonra təşkil etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi” və “Sumqayıt”ın prezident postlarındakı dəyişikliklə bağlı fikriniz nədi?

- Nə fikir bildirə bilərəm ki? Əgər belə məsləhət biliblərsə, demək dəyişdirilməlidi.

- Hesab eləmirsiz ki, iki klub prezidentinin qısa vaxtda belə deyək, yerdəyişmə etməsi qəribədi.

- Yerdəyişmə olmadı axı. “Neftçi”nin prezidenti də “Sumqayıt”a gəlsəydi, onda yerdəyişmə olardı.

- Yaxşı, deyək ki, bir klub prezidentinin başqasına keçməsi normaldı?

- Bu sualı həmin klub prezidentinə vermək lazımdı. Özünüz də görürsüz ki, “Sumqayıt” gözəl komandadı. Görünür, inam var ki, “Neftçi” kimi bir klub ona həvalə edildi.

- Oyundan bir gün əvvəl belə dəyişikliyin olmasını necə qəbul edirsiz?

- Bir gün tez, ya gec fərqi yoxdu. Olmalı idi, oldu. Qəbahət bir şey görmürəm.

- Yenə Tərlan Əhmədovla münasibətlərinizdən danışmısız və demisiz ki, onu öz üsullarınızla cəzalandıracaqsız. “Öz üsullarınız” nələrdi?

- Bunu niyə belə şişirdib, böyüdürsüz? Sadəcə xətrini istədiyim adamdı. İstəyirəm ki, həmişə haqqında xoş söz eşidək. Mənim ondan inciməyim elə cəzadı. Dost dostu başqa necə cəzalandırır ki?

- Kamran Quliyev deyib ki, belə açıqlamalarınız kluba təzyiqdi...

- Orda hansı təzyiq var ki? Ədəbiyyatı yaxşı oxumusuz? Açıqlamaya diqqətlə baxın.

- Hər halda klub prezidenti belə deyir...

- Orda kluba qarşı heç bir təzyiq yoxdu. Kim necə qəbul edir, etsin. Boş söhbətlərdi.

- Kubokun final oyununun vaxtı ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Mayın 28-də olacaq. Böyük ehtimalla Qəbələdə baş tutacaq matç.

- Hazırda xəstəxanada olan Böyükağa Hacıyevi ziyarət etmisizmi?

- Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədi. Gəlsəydi, gedərdim. Hər şey qarşılıqlıdı.

XƏBƏR LENTİ