N.Rosberq: “Titulu Həmilton qazanacaq”

Sayta qoyulub: 12:27 17.02.2018 (81 dəfə oxunub)

Formula1-in 69-cu mövsümünün başlamasına bir aydan çox vaxt qalıb, lakin artıq indidən proqnozlar səsləndirilir.

F-1.az bildirir ki, bu il RTL telekanalında ekspert kimi işləyəcək 2016-cı ilin dünya çempionu Niko Rosberq keçmiş barışmaz rəqibi Lyuis Həmiltonu çempionluğa əsas namizəd hesab edir.

Niko Rosberq: “Mənim ilk beşlik üçün olan proqnozum keçənilki yekun nəticəsinə demək olar ki, uyğundur – Həmilton çempion olacaq, lakin Fetteli cüzi fərqlə qabaqlayacaq, sadəcə 1 xalla. Bottas üçüncü olacaq. İlk beşliyi isə Red Bull sürücüləri –  Maks Ferstappen və Daniel Rikkardo tamamlayacaqlar”.

Niko kimi RTL-də ekspert işləyən bir başqa sabiq Formula1 pilotu Timo Qlok isə proqnoz verməkdə tələsmir: “Keçən il Ferrari uğurlu çıxışın təməllərini qoydu. Bu il daha artığını edə bilərlər. Ümid edirəm ki, Mercedes və Ferrari arasındakı mübarizə son yarışa qədər davam edəcək”.

XƏBƏR LENTİ