R.Braun DRS-i ləğv edir?

Sayta qoyulub: 09:26 17.02.2018 (128 dəfə oxunub)

Formula1-in idman direktoru Ross Braun bildirib ki, gələcəkdə ötmə etmək üçün DRS-ə ehtiyac olmamalıdır.

F-1.az xatırladır ki, Formula1 ötmələri artırmaq üçün 2011-ci ildən etibarən DRS-dən istifadə edir. Lakin əksəriyyət ötmələri süni hesab etdiyi üçün bu sistemi sevmir.

Ross Braun: “Ümid edirəm ki, bolidlər gələcəkdə daha çox inkişaf edər və ötmələr etmək üçün DRS-ə ehtiyac qalmaz. Amma bəzi dəyişikliklər etməmişdən əvvəl idmanda nələrin baş verdiyini anlamalıyıq. Bunları bilsək, daha yaxşı işlər görərik. Sürət həmişə önəmli faktor olub və insanlar bunu görmək istəyirlər. Onlara daha maraqlı yarışlar göstərməliyik”.

XƏBƏR LENTİ