Tite Braziliya millisinin mundiala yollanacaq 15 üzvünün adını açıqladı

Sayta qoyulub: 09:01 17.02.2018 (210 dəfə oxunub)

Braziliya millisinin baş məşqçisi Tite elə bu dəqiqə dünya çempionatına apara biləcək 15 futbolçunun adını elan edib.

 

«Millidə hələ də boş yerlər qalır. Lakin bir neçə futbolçunun gedişini özümü üçün müəyyənləşdirmişəm.

 

Elə futbolçular var ki, komandalarının liderləridir. Onlar öz güclərini oyunlarıyla sübut ediblər.

 

Bunlar Alisson, Dani Alveş , Markinyos, Tiaqo Silva, Miranda, Marselo, Kazemiro, Renato Auqusto, Paulinyo, Koutinyo , Fernandinyo,Villian, Neymar, Qabriel Jejuş və Firminyodur», – deyə Tite bildirib.

 

 

XƏBƏR LENTİ