McLaren Haloya görə necə üstünlük qazanıb?

Sayta qoyulub: 07:31 14.02.2018 (147 dəfə oxunub)

McLaren komandasının aerodinamik rəhbəri Piter Prodromu bildirib ki, Halo sistemi mövsümün əvvəlində performans fərqləri yarada bilər.

F-1.az xatırladır ki, McLaren-in yeni bolidi MCL33 Halonun dözümlülüyü üçün ağır yük testləri daxil olan çarpma testlərini ilk cəhddən keçmişdi.

Piter Prodromu: “Aerodinamika cəhətdən problemsiz deyil. Amma bununla mübarizə apara bilərik. Ən azından zərəri minimuma endirərik. Məncə, burada boşluqlar dəyərləndiriləcək. Əminəm ki, fərqli həll yolları tətbiq ediləcək. Lakin tətbiqetmə sahəsi dar olsa da, burada fürsətlər var. Hamı soyutma girişlərinin necə təsirlənməsini görəcək. Arxa qanad üzərindəki axıntı da dəyişəcək.

Burada qazanılan üstünlük qısamüddətli olacaq. Mövsümün yarısından sonra hamı bərabərləşəcək”.

XƏBƏR LENTİ